Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş olub - Fotolar

gencede-ilk-defe-ses-verecek-genclerle-gorus-olub
Oxunma sayı: 1272

Gəncə şəhərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
 
“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev də iştirak edib.

“Ölkə Prezidenti İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan 2018-ci ildə də daha böyük uğurlara imza atacaq, öz sürətli inkişafını davam etdirəcək. Ötən illərdə olduğu kimi bu il də daha mühüm, qlobal layihələrin həqiqətə çevrilməsinin, diplomatik uğurlarımızın şahidi olacaq, möhtəşəm qələbələrdən söz açacağıq” - bunu Naqif Həmzəyev deyib.

Millət vəkili respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük qayğı göstərildiyinə diqqət çəkib, ölkə ilə yanaşı son 7-8 ildə özünün intibah dövrünü yaşayan Gəncə şəhərində də gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait yaradıldığını nəzərə çatdırıb.

Azərbaycan Respublikasının növbəti prezident seçkiləri ərəfəsində olduğunu bildirən Naqif Həmzəyev ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib, gəncləri həm ictimai –siyasi həyatda, həm də seçki kampaniyasında daha fəal olmağa, 11 apreldə bütün gəncləri seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb.

Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə gənclərin şəhərinin ictimai-siyasi həyatındakı fəal rolundan geniş bəhs edib. Vurğulayıb ki, Gəncə gəncləri əvvəlki seçki kampaniyalarında olduğu kimi, prezident seçkisində də öz fəallıqları ilə seçiləcək, seçkilərin yüksək səviyyədə keçməsinə öz töhfələrini verəcəklər.

Gənclərdən Nərmin Əliyeva, Cavid Mustafayev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri, gənclərə göstərilən diqqət və qayğıdan danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklərini bildiriblər.

Geniş diskussiya şəraitində keçən tədbirdə ilk dəfə səs verəcək gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.