Gəncədə intiharın qarşısı alınıb

Gəncədə intiharın qarşısı alınıb
Oxunma sayı: 858

Gəncə şəhərində intihar hadisəsinin qarşısı alınıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonunda mənzildə intihara cəhd olması barədə məlumat daxil olub.

Hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər polis əməkdaşlarının iştirakı ilə giriş qapısını açaraq mənzilə daxil olublar. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi