Gəncədə körpə doğuşdan sonra ölüb

gencede-korpe-dogusdan-sonra-olub
Oxunma sayı: 650

Gəncədə doğuşdan sonra körpə ölümü baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Babayeva Aynur Rasim qızı avqustun 20-də Gəncədəki xəstəxanalardan birinin Doğum evində oğlan uşağı dünyaya gətirib. Uşaq ötən gecə xəstəxanada ölüb.
 
Məlumata görə, bu, A. Babayevanın ilk övladı olub.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.