Gəncədə maşın piyadanı vurub öldürdü

gencede-masin-piyadani-vurub-oldurdu
Oxunma sayı: 888

Gəncədə avtomobil piyadanı vurub öldürüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.
 
“VAZ 2106” markalı avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Bayramov Knyazı vurub.
 
Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.