Gəncədə Nevski adına kilsənin 130 illiyi qeyd edilib

Gəncədə Nevski adına kilsənin 130 illiyi qeyd edilib
Oxunma sayı: 492

Gəncədə şəhərində fəaliyyət göstərən Aleksandr Nevski adına olan Rus Pravoslav Kilsəsinin 130 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə gələn xristianlar dini ayinlərini yerinə yetiriblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev təbriklərini çatdırıb.

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doroxin Dmitriyeviç tədbir iştirakçılarını salamlayaraq kilsənin 130 illiyi münasibəti ilə onları təbrik edib. 

Bakı və Azərbaycanın Baş Yepiskopu Aleksandr İşenin Aleksandr Nevski adına olan Rus Pravoslav Kilsəsi haqqında geniş danışaraq, Gəncədə həyata keçirilən infrastruktur layihələri yüksək qiymətləndirib. 

Qeyd edək ki, kilsə 1887-ci ildə inşa edilib və hazırda bölgədə yaşayan pravoslavlara xidmət edir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi