Gəncədə “Novruz Bayramı Yarmarkası” təşkil olunur - Fotolar

Gəncədə “Novruz Bayramı Yarmarkası” təşkil olunur
Oxunma sayı: 1261

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gəncə Grand Qafqaz” Ticarət Mərkəzində “Novruz Bayramı Yarmarkası” təşkil edilir.

İH-dən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilir ki, yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif  çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim ediblər. Bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarıldığı bildirilir.

Qeyd edək ki, “Novruz  Bayramı Yarmarkası” Gəncədə hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi