Gəncədə oğurluq edən Zərdab sakini saxlanıldı

gencede-ogurluq-eden-zerdab-sakini-saxlanildi
Oxunma sayı: 1669

Gəncədə evdən pul və mobil telefon oğurlayan şəxs tutulub.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Kəlbəcər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də Gəncə şəhərinin Yeni qəsəbəsindəki evlərin birindən 300 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini Eldəniz Rəşidov saxlanılıb.