Gəncədə qadın 5-ci mərtəbədən yıxıldı

gencede-qadin-5-ci-mertebeden-yixildi
Oxunma sayı: 1759

Gəncə şəhərində qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü yerli sakin Əliyeva Turan Yadigar qızı yaşadığı 4-cü mikrorayon ərazisindəki binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yerə yıxılıb.
 
Nəticədə ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
 
Yaxınları hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, dəqiq səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.