Gəncədə qadın piyadanı maşın vurub

gencede-qadin-piyadani-masin-vurub
Oxunma sayı: 774

Gəncədə qadın piyadanı avtomobil vurub. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Rəhimova Gülşən Ənvər qızını vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli