Gəncədə qanunsuz aksiyanın qarşısı alındı

Gəncədə qanunsuz aksiyanın qarşısı alındı
Oxunma sayı: 10703

Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində aksiyanın qarşısı alınıb.

Məlumata görə, 30-a yaxın aksiya iştirakçısı saxlanılıb.

Hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşına xəsarət yetirdikləri bildirilir.

Hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi