Gəncədə qanvermə aksiyası 40 gün davam edəcək

Gəncədə qanvermə aksiyası 40 gün davam edəcək
Oxunma sayı: 225

Aşura günü ilə əlaqədar Gəncə şəhərində keçirilən qanvermə aksiyası 40 gün davam edəcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankının Gəncə bölməsinin həkim hematoloqu Solmaz Zeynalova AZƏRTAC-a bildirib. Hematoloqun sözlərinə görə, 12 rayonu əhatə edən bu müəssisədə qeydiyyatda olan qan xəstələrinin 100 nəfəri ağır xəstələrdir və onlara ayda 3-4 dəfə 300 milliqram qan köçürülür.

Bu cür aksiyaların ehtiyacı olan xəstələrə böyük ümid bəxş etdiyini deyən Solmaz Zeynalova diqqətə çatdırıb ki, aksiyanın davam etdiyi 3-4 saat ərzində 300 nəfərədək sakin könüllü qanvermədə iştirak edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi