Gəncədə şəhər fəallarının yığıncağı keçirilib

gencede-seher-feallarinin-yigincagi-kecirilib
Oxunma sayı: 1076

Gəncədə şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda icra başçısı Elmar Vəliyev 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq dairə və məntəqələrdə maddi-texniki bazanı möhkəmləndirmək üçün  adidiyyatı şəxsləri dinləyib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, məntəqələrdə rabitə, qaz, su və kanalizasiya xətlərinin  yoxlanılması, məntəqələr yerləşən ərazilərin ətrafının daha da abadlaşdırılması ilə bağlı konkret tapşırıqlarını verib. Qeyd edilən məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada ədalətli, şəffaf və demokratik keçirilməsini təmin etmək tapşırılıb.