Gəncədə şəhid olan polislər dəfn olundu - Fotolar

gencede-sehid-olan-polisler-defn-olundu
Oxunma sayı: 14006

Gəncədə şəhid olan polis əməkdaşları ilə vida mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən Gəncə İcra Hakimiyyəti nümayəndələri iştirak ediblər. 

Polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında dəfn olunublar.