Gəncədə seminar keçirilir

gencede-seminar-kecirilir
Oxunma sayı: 769


“Qafqazinfo”ya daxil olan məlumata görə, 25 şəhər və rayondan 50-yə yaxın gəncin, eləcə də Gəncə şəhər İcra Hakimiyyətinin, Gənclər Təşkilatları Milli Şurasının və “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İB-nin nümayəndələrinin iştirakı ilə keçirilən seminarda əsasən gənclərin işsizlik problemləri və bunun əsas səbəbləri, gənclərin dövlət orqanlarında yeri və sair məsələlər ətrafında müzakirələr aparılıb.

Seminarda Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Fuad Babayev, Avropa İttifaqının Şərq Tərədaşlığı Regional Gənclər Bölməsinin layihə rəhbəri Hans Jurgen Maeth və həmin bölmənin eksperti Yan James Qoldrinq məruzə ilə çıxış edərək mövzu ətrafında fikirlərini açıqlayıblar.

Sabah seminar iştirakçıları yerli idarəetmə orqanlarında işləyən gənclərlə müzakirələri davam etdirəcəklər.