Gəncədə Silahlı Qüvvələr Günü ilə bağlı tədbir

gencede-silahli-quvveler-gunu-ile-bagli-tedbir
Oxunma sayı: 2019


“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq hərbi hissənin komandir, zabit və əsgərlərini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından salamlayıb və onları bayram münasibətilə təbrik edib. O, çıxışında qeyd edib ki, 96 il əvvəl, iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə gənc demokratik dövlətimizdə ilk nizami ordu hissəsi- Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Heydər Əliyevin 1998- ci il 22 may tarixli fərmanına əsasən, həmin tarixi gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilərək, hər il xalqımız tərəfindən təntənə ilə qeyd olunur.

 “N” saylı hərbi hissənin komandiri polkovnik- leytenant Ramiz Qasımov zabit və əsgərlər adından görüşün təşkilatçılarına dərin minnətdarlığını bildirib,Vətənə, xalqa hər zaman layiqincə xidmət edərək, Azərbaycanın şərəfini daim uca tutacaqlarını bəyan edib.

Bayram münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən göndərilən hədiyyələr hərbi hissə komandanlığına təqdim edilib.