Gəncədə “Su Festivalı” - Foto+Video

Gəncədə “Su Festivalı”
Oxunma sayı: 874

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı qədim Gəncə şəhəri olub. 

“Qafqazinfo” xəbər verir ki, səhər saatlarında su səyahətinin Gəncə mərhələsinə Göygöldən start verilib. Sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin IV sinif şagirdi Aysu Salahova “Bakı-2017”nin misdən hazırlanmış su qabını mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdirilmək üçün Göygölün suyu ilə doldurublar.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən Su festivalı tədbiri ilə davam edib. 

Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Oyunların ulduz səfiri, əməkdar artisti Tünzalə Ağayeva gəncəliləri təbrik edib, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi