Gəncədə təməlqoyma mərasimi keçirildi

gencede-temelqoyma-merasimi-kecirildi
Oxunma sayı: 647

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının 4-cü mərhələsinin təməli qoyulub.

Şəhər İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində həyata keçirilir.

Təməlqoyma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azersu ASC-nin sədr müavini Etibar Məmmədov, Azər Aqrar Tikinti ASC-nin direktoru Bayram Həsənov, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev və şəhər ictimaiyyəti iştirak edib.

Elmar Vəliyev bildirib ki, Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının seçilib.

Azersu ASC-nin sədr müavini Etibar Məmmədov layihənin birinci və ikinci mərhələlərinin artıq başa çatdığını deyib. Sədr müavini qeyd edib ki, bu mərhələ nəticəsində Gəncədə təxminən 80 000 abonent içməli su ilə təmin olunacaq. 

Azər Aqrar Tikinti ASC direktoru Bayram Həsənov layihənin bu mərhələsinin 30 ay nəzərtə tutulmasına baxmayaraq 24 aya tam keyfiyyətlə təhvil veriləcəyini bildirib.

Daha sonra layihənin 4-cü mərhələsinin təməli atılıb.