Gəncədə törədilən 542 cinayət hadisəsindən 92,8 faizinin üstü açılıb

gencede-toredilen-542-cinayet-hadisesinden-928-faizinin-ustu-acilib
Oxunma sayı: 870


“Qafqazinfo” nun məlumatına görə, idarə rəisi bildirib ki, şəhərdəqəsdən adam öldürmə, quldurluq, insan alveri kimi cinayət hadisələrinin üstünün açılması 100% təmin edilib. 2013-cü ildə cinayət törədərək xaricə qaçan 170 nəfər axtarılıb ki, onların da 127 nəfəri tapılaraq ölkəyə gətirilib.

Hesabat dövründə  polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 4 avtomat, 4 tapança, 1 minomyot və xeyli patron aşkar edilərək götürülüb.

Faiq  Şabanov vurğulayıb ki, hesabat ilində 88 narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı faktın üstü açılıb. Nəticədə  21 nəfər cinayət məsuliyyətinə cəlb edilib.