Gəncədə Türkiyənin Cumhuriyyət bayramı qeyd olundu

Gəncədə Türkiyənin Cumhuriyyət bayramı qeyd olundu
Oxunma sayı: 584

Türkiyə Cümhuriyyətinin elan olunmasının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğu tərəfindən bayram tədbiri təşkil edilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş konsulu Orxan İşık, şəhər ziyalıları və rəsmi dairələri təmsil edən şəxslər qatılıb.

Bayram tədbirində Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubu oxunub.

Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşık çıxış edərək, türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf  və tərəqqisindən danışıb.

O, qeyd edib ki, Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olublar. Orxan İşık  Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Gəncə şəhərinin də rolundan danışıb.

Baş konsul Gəncənin Cumhuriyyət paytaxtı olmasını və qardaş ölkəyə dəstək vermək məqsədi ilə türk ordusunun bu şəhərə gəldiyini vurğulayıb. 

Elmar Vəliyev tədbirdə çıxışı zamanı bildirib ki, dövlət müstəqilliyi hər bir xalqın malik olduğu ən dəyərli sərvətdir. İcra başçısı qardaş ölkənin müstəqillik bayramı münasibəti ilə Türkiyə xalqını təbrik edib, inkişaf və tərəqqi arzulayıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi