Gəncədə Xaqani Məmmədova etiraz: - “...kişi deyilsən”

gencede-xaqani-memmedova-etiraz
Oxunma sayı: 3013

Topaz Premyer Liqasının 9-cu turunda baş tutan “Kəpəz” – “Neftçi” (0:1) oyunundan sonra gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər qarşılaşmanın hakim-inspektorru, hakimlər komitəsinin sədri Xaqani Məmmədova etiraz ediblər.

“Sarı-göylər”in fanatları hakimlərin oyunları düzgün idarə etmədiyini bildiriblər və Məmmədovu söyüblər. Fanatlardan biri ona belə səslənib:

“Belə idarəçilik olmaz. Çox bərbad vəziyyətdəsiniz. Bugünkü idarəçiliyə yüksək qiymət versən, kişi deyilsən”.

Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib.