Gəncədə xəstəxananın qarşısına meyit atıb qaçdılar - Yenilənib

gencede-xestexananin-qarsisina-meyit-atib-qacdilar
Oxunma sayı: 2599

Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının girişinə naməlum kişi meyiti atılıb.

“Qafqazinfo” xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin girişində “Vaz 21 07” markalı avtomobildə 20-30 yaş arası kişinin meyiti aşkarlanıb.

Meyiti gətirənlər qaçıblar.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

***

Ölən şəxsin kimliyi müəyyənləşib. Bu, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğludur. Hazırda ölüm səbəbi araşdırılır. 

Elmar Əli