Gəncədə yanğın - Sakinlər təxliyyə olundu

gencede-yangin
Oxunma sayı: 1268

Gəncədə yaşayış binasında yanğın olub.
 
"Qafqazinfo"nun APA-ya istinadən xəbərinə görə, şəhərin Heydər Əliyev pospektində yerləşən 2 mərtəbəli binada başlayan yanğının söndürülməsi üçün əraziyə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı alınıb. İki yanğınsöndürənin yüngül xəsarət aldığı bildirilir.

Sakinlər təxiliyyə olunub. Alovun tam söndürülməsi üçün tədbirlər görülür.