Gəncədə yaşayış binasında yanğın, 8 nəfər təxliyyə edildi

gencede-yasayis-binasinda-yangin-8-nefer-texliyye-edildi
Oxunma sayı: 1306

Gəncədə yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.