Gəncədə yaşayış binasında yanğın, sakinlər təxliyə edildi

gencede-yasayis-binasinda-yangin-sakinler-texliye-edildi
Oxunma sayı: 1723

Gəncə şəhərinin Kəpəz rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 6 p.m kabel yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.