Gəncədə yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

Gəncədə yaşayış binasında yanğın
Oxunma sayı: 669

Gəncədə yaşayış binasında yanğın olub. 

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın şəhərin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində üç otaqlı mənzildə baş verib. Nəticədə mənzildəki yataq dəsti yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi