Gəncədə yeni layihənin təqdimatı oldu

gencede-yeni-layihenin-teqdimati-oldu
Oxunma sayı: 1098

“Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin təqdimatı olub.

“Qafqazinfo” xəbər verir ki, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihənin icrasını həyata keçirir. 2017-ci ildən icrasına başlanılan və əsasən Azərbaycanın iki bölgəsi –Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan layihə 2020-ci ildək davam edək. 

Təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, BMTİP-in Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Aİ-nin Qonşuluq və Genişləndirmə şöbəsinin rəhbəri Vasilis Maragos, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev və başqaları iştirak ediblər.

Elmar Vəliyev çıxış edərək qeyd edib ki, bu layihə Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək baxımından xüsusi önəm kəsb edir.

Qeyd edək ki, “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin təqdimatından əvvəl Aİ və BMTİP nümayəndələri “Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi”nə baş çəkib, burada yaradılan şəraitlə tanış olublar.