Gəncədə yol qəzası, 1 nəfər öldü

gencede-yol-qezasi-1-nefer-oldu
Oxunma sayı: 1637

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb.

Samux rayon sakini, 1986-cı il təvəllüdlü Sabir Məmmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 1979-cu il təvəllüdlü Quliyev Elnur Oqtay oğlunu vurub.

Sürücü xəsarət alan piyadanı xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.