Gəncədə yol qəzası, 2 nəfər yaralandı

Gəncədə yol qəzası, 2 nəfər yaralandı
Oxunma sayı: 462

Gəncənin Atabəylər prospektində yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb. 

Yaralananlar 1965-ci il təvəllüdlü İsmayilov Zahid İbrahim oğlu və 1987-ci il təvəllüdlü Yusibov Tuqay Adil oğludur.
 
Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi