Gəncədə Zərifə Əliyevanın 94-cü ildönümü ilə bağlı elmi - praktik konfrans

gencede-zerife-eliyevanin-94-cu-ildonumu-ile-bagli-elmi-praktik-konfrans
Oxunma sayı: 667

Gəncədə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Akademik Zərifə Əliyeva – kamillik və müdriklik zirvəsi” mövzusunda elmi - praktik konfrans keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə akademikin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva konfransı açıq elan edərək Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan danışıb.

Gəncə şəhər Oftalmoloji Xəstəxananın baş həkimi Azər Məmmədov “Böyük, dahi insan”, Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsinin elmi işçisi Yazgül Abdıyeva “Akademik Zərifə xanım Əliyeva – görkəmli alim, əvəzsiz insan”, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim-oftalmoloqu Tələt Nəbiyev “Akademik Zərifə Əliyevanın elmi irsinin müasir dövrdə tədqiqi və tətbiqi məsələləri”, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim-oftalmoloqu Ruhiyyə Məmmədova “Akademik Zərifə Əliyeva – milli oftalmologiyanın banisidir”, 2 saylı şəhər xəstəxanasının baş həkimi Roza Qafarova “Akademik Zərifə xanım Əliyeva – ziyalı və qayğıkeş ana”, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim - anestezioloqu Sevil Allahverdiyeva “İstehsalat travmalarının müalicəsində böyük oftalmoloq alimin yenilikləri” mövzularında çıxış ediblər.