Gəncəlilər Heydər Əliyevi belə yad etdi

genceliler-heyder-eliyevi-bele-yad-etdi
Oxunma sayı: 3002

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, rəsmi şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, məktəblilər dahi şəxsiyyət Ulu Öndərin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev mediaya dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıb. Fuad Əliyev ümumilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişaf mərhələləri və uğurlu nəticələrindən bəhs edib.

Qeyd edək ki, hazırda Ulu Öndərin abidəsi önündə izdiham müşahidə olunur, hər bir fərd dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edir.