Gəncəlilər üçün böyük qələbələr

genceliler-ucun-boyuk-qelebeler
Oxunma sayı: 1586


“Qafqazinfo” xəbər verir ki, toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin bir il ərzində görülən işlərə dair hesabat məruzəsi dinlənilərək müzakirə edilib.

Məruzəçi deyib ki, ölkə prezidentinin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti nəticəsində bütün regionlarda olduğu kimi, Gəncə şəhərində də sosial-iqtisadi inkişafa nail olunub, bir il ərzində şəhərdə istehsal edilib ümumi məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz artıb. 

2013-cü ildə şəhər sənayesində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 173 milyon 864 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bu əvvəlki dövrlə müqayisədə 5,7 faiz çoxdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 62,6 faizini təşkil etmiş, ümumi istehsalın 88,4 faizi sənaye mallarının istehsalı, 11,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Ümumi istehsalın 88,4 faizi sənaye məhsulu istehsalının, 11,6 faizi sənaye xarakterli xidmətlərin hesabına olub.

Gəncənin simasını nəzərə çarpacaq dərəcədə dəyişmiş bu parkın ərazisində 7 km-dən çox avtomobil yolu asfaltlanmış, 60 min kvadratmetrə yaxın sahəyə qranit, metlax, tamet döşənmiş, 224 ədəd müxtəlif işıqlandırma sistemi quraşdırılmış, 18 fəvvarə tikilmiş, minlərlə dekorativ gül və ağac kolları, tinglər əkilmiş, 300 hektardan çox sahədə yaşıllıq sahəsinin suvarılması məqsədi ilə 30 ədəd subartezian quyusu istifadəyə verilmişdir.Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində inşa edilmiş "ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayıb.

Dövlət başçısının Sərəncamı ilə yeni yaradılmış 5 qəsəbəni Gəncə şəhəri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə 186 min 574 kv. metr asfalt örtüyü salınmış, 44 min 46 p/metr bort daşları, 400 ədəd işıq dirəyi və müasir işıqlandırma sistemi quraşdırılmış, yol kənarına həmişəyaşıl ağaclar əkilmiş, qəsəbənin ictimai nəqliyyat işləyən küçələrində dayanacaqlar quraşdırılıb.

Şıxzamanlı qəsəbəsində, Aeroport yolu istiqamətində və digər ərazilərdə 365-dən çox fərdi yaşayış evinin, 250-ə yaxın yüksəkmərtəbəli binanın dam örtüyü dəyişdirilmiş, çoxmənzilli binalarda 70-dən çox istismar müddətini bitirmiş liftlər müasir sərnişin liftləri ilə əvəz edilib.

Ötən müddətdə səhiyyə ocaqlarında aparılan yenidənqurma və təmir-tikinti işlərinin davamı olaraq Abbas Səhhət adına 1 saylı Şəhər və Yoluxucu Xəstəliklər xəstəxanalarında, 6 nömrəli şəhər poliklinikasında əsaslı təmir işləri sürətləndirilmiş, Təcili Tibbi Yardım Xəstəxanasında və 2 saylı poliklinikada yeni istilik sistemi quraşdırılmış, Təcili Tibbi Yardım Stansiyasının, 2 saylı Uşaq Xəstəxanasının dam örtüyü və Uşaq Stomatoloji Poliklinikasının binası əsaslı təmir olunub.

Gəncə şəhərinin Şərq istiqamətindən giriş hissəsində Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Abidə Muzey kompleksi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi inşa edilib.

İcra başçısı Elmar Vəliyev qeyd edib ki, 2014-cü il gəncəlilər üçün daha uğurlu olacaqdır. Cari ildə Respublika Prezidenti cənab İlham Əliyevin Gəncəyə növbəti səfəri və onun şəhərimiz haqqında söylədiyi fikirlər insanlarda ruh yüksəkliyi yaratmışdır. İlin əvvəlindən işə böyük həvəslə başlayan hər bir Gəncə sakini bu il də daha böyük uğurlara imza atmağı özlərinin vətəndaşlıq borcu hesab edirlər.

Sonra cari ildə görüləcək işlərə dair qərar və ölkə başçısına müraciət qəbul edilib. Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup Gəncə ziyalısına mükafatlar təqdim olunub.