“Gəncənin tarixi İpək Yolundakı rolu”

“Gəncənin tarixi İpək Yolundakı rolu”
Oxunma sayı: 328

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Prezident Yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncə - Avropa gənclər paytaxtı” layihəsi çərçivəsində Gəncənin İpək Yolundakı rolunun nəzərə çatdırılması məqsədilə layihə həyata keçirib.

Qafqazinfo” xəbər verir ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqına üzv olan ölkələrin gənclərinin, həmçinin gənclər təşkilatlarının nümayəndələrin iştirakı ilə keçirilən konfransda iştirakçılar qədim Gəncənin tarixi və mədəniyyəti ilə tanış olub, şəhərin qədim və müasir dövrdə İpək yolundakı tarixi, mədəni, sosial, iqtisadi sahələrdəki rolu haqqında müzakirələr aparıblar.

Layihənin başlıca məqsədi həm Gəncə - Avropa gənclər paytaxtı 2016 layihəsi çərçivəsində Gəncənin mədəniyyətini eyni zamanda Gəncənin İpək Yolundakı rolunu və Azərbaycanın İpək Yolu mədəniyyətinə verdiyi tövhələri dünya ictimaiyyətində təbliğ etməkdir.

Tədbirdə məruzə ilə çıxış edən Gəncə Dövlət Universitetinin dosentləri Hüseyn Bəxtiyarov, Etibar Musayev və Heydər Kərimov bildiriblər ki, Avropa və Asiya qitələri arasında iqtisadi-ticarət və mədəni əlaqələrin təmin olunmasında mühüm rol oynamış “Qədim İpək yolu” xalqların da iqtisadi, siyasi və mədəni inkişafına böyük təsir göstərib.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi