Gəncənin yaşı dəqiqləşdi

gencenin-yasi-deqiqlesdi
Oxunma sayı: 698

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat verən AMEA Gəncə Bölməsinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Pişnamazzadə Gəncənin yaşı ilə əlaqədar ABŞ-ın Smitson İnstitutu tərəfindən analizlərin aparıldığını bildirib. Onun sözlərinə görə, Gəncənin ən qədim hissəsi olan Zurnabad deyilən ərazidəki qala divarının daşlarını bir-birinə birləşdirən yapışdırıcı maddədən nümunə götürülərək ABŞ-ın Smitson İnstitutunun Arxeologiya və Etnoqrafiya şöbəsində kimyəvi analizə göndərilib və analizin nəticəsinə əsasən, Gəncənin 4000 il yaşının olması qənaətinə gəlinib.

Azərbaycanda Gəncənin yaşı ilə əlaqədar ilk tədqiqatların arxeoloq İsaq Cəfərzadə tərəfindən aparıldığını söyləyən S. Pişnamazzadə bildirib ki, Gəncənin yaşı ilə əlaqədar rəsmi rəy mayın əvvəlində Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda elan olunacaqdır.

O qeyd edib ki, heç bir arxeoloji əsası olmadan indiyədək Gəncənin 2500 illik tarixə malik olması əsas götürülürdü. Qədim Gəncə indiyədək tədqiqatlara cəlb edilməmişdi. Gəncənin yaşının dəqiqləşməsində məqsədlərdən biri bu şəhərin UNESKO-nun siyahısına salınmasıdır.