Gəncəyə yağan dolu 126 evə ziyan vurdu - Video

genceye-yagan-dolu-126-eve-ziyan-vurdu
Oxunma sayı: 644

Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib.

“Qafqazinfo” ARB-yə istinadən xəbər verir ki, güclü dolu səbəbindən qəsəbə infrastrukturu zərər çəkib. 126 evin dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Sosial obyektlərə, əkin sahələri və avtomobillərə ziyan dəyib. 

Ziyanın miqdarını müəyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.