Gənclər Avropanı Səbinəyə səs verməyə çağırdı

gencler-avropani-sebineye-ses-vermeye-cagirdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, gənclər Avropa əhalisinə Səbinə Babayevaya səs verməyə çağırıb: “Bu il Avroviziya Mahnı Yarışmasının Azərbaycanda keçirilməsi həm ölkə daxilində baş verən proseslərin, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çox faydası oldu.

Bu beynəlxalq mahnı yarışmasının gələn il bir daha vətənimizdə keçirilməsi, Azərbaycanın insan hüquqları və Avropaya inteqrasiya ilə bağlı məsələlərində böyük təkan verməsinə və həlli üçün yeni imkanların, yeni təkliflərin meydana çıxmasına şərait yarada bilər. "Avroviziya" - mahnı yarışması olması ilə yanaşı, həm də Azərbaycan cəmiyyəti üçün ictimai və siyasi əhəmiyyətə malik ola biləcək bir qüvvəyə sahibdir. Xüsusən də ölkəmiz demokratik dəyərlərə hörmətlə yanaşan Avropa ailəsinin həqiqi üzvü kimi özünü təqdim etməyə bir daha şans qazanacaqdır.

Gələn il də bu yarışmanın Azərbaycanda keçirilməsinin ölkə cəmiyyəti üçün ən başlıca xeyrindən biri də prezindent seçkilərinin olacağı bir ilə təsadüf etməsidir.
Prezident seçkilərindən təxminən 5 ay öncə belə bir yarışmanın keçiriləcək olma ehtimalı demokratik proseslərin sürətlənməsi üçün çox böyük təkan xarakteri daşıya bilər.

Biz “Idea Youth Club” olaraq bütün xaricdə yaşayan həmvətənlərimizi, o cümlədən demokratiya və sülhün bütün dünyada quruculuğuna xidmət göstərmək istəyən Avropa əhalisini ölkəmizi təmsil edən Səbinə Babayevaya səs verməsini, bu il bir daha Azərbaycanı qalib etmələrinə çağırırıq”.

Sədan