Gənclər bəyanat verdi

Gənclər bəyanat verdi
Oxunma sayı: 35928

Partiyadan “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “ADP Gənclər Təşkilatı 22 may tarixində Azərbaycanın müstəqil gənclər təşkilatlarının ölkədə gənclərə qarşı aparılan son repressiyalara etiraz əlaməti olaraq keçirdikləri dinc aksiyaya hakimiyyətin müdaxiləsini, gənclərə qarşı, o cümlədən ADP fəalları Kamal Hüseynova, Orxan Hüseynova, Osman Əhmədova, Gülnarə Hüseynovaya və s. polis və mülki geyimli şəxslər tərəfindən zorakılıq törədilməsini və bir neçə gəncin, o cümlədən ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevin, ADP Gənclər təşkilatının üzvü Emin Fərhadinin, digər gənclər Ağasif Şakiroğlu və Orxan Carçıyevin saxlanılaraq polis bölmələrinə aparılmasını, orada onların fiziki zorakılığa və işgəncəyə məruz qalmasını və saxta ittihamla inzibati qaydada həbs olunmasını qətiyyətlə pisləyir”.

Hakimiyyətdən həbs olunan gənclərin azad olunmasını tələb edən partiya bəyan edir ki, əks halda Azərbaycanda inkişaf edəcək bütün hadisələrin məsuliyyətini iqtidarın daşıyacaq. Partiya beynəlxalq ictimaiyyəti də gənclərin həbsi ilə əlaqədar olaraq Azərbaycan hakimiyyətinə öz təsir imkanlarından istifadə etməyə və demokratiyanın inkişafına dəstək verməyə çağırır.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi