Gənclər bəyanat verdi

gencler-beyanat-verdi
Oxunma sayı: 643

Bu barədə qurumdan daxil olan press-relizdə bildirilir.

Məlumatda qeyd edilir ki, mitinq zamanı polisin mitinq iştirakçılarının şuarlarına, açılan plakatlara və çıxışlara müdaxiləsini sərbəst sərbəst toplaşmaq azadlığı hüququna hökümətin münasibətinin göstəricisi, bunu konstitusiya və beynəlxalq öhdəliklərə nümayişkəranə şəkildə məhəl qoymaması kimi qiymətləndirir: "Həbs olunan gənclərin 21 mart 2012-ci il tarixli apellyasiya məhkəməsində Səbayil rayon polis idarəsinin 8-ci polis bölməsində işgəncələrə və pis rəftara məruz qaldıqlarına, xüsusi ilə Camal Alinin 2 saat ərzində mütəmadi olaraq, ayaqlarının altına rezin dəyənəklə vurulmasına dair ifadələri ciddi narahatlıq doğurur. İşgəncə və pis rəftar faktlarını ört basdır etmək üçün həbs olunan gənclərə vəkilləri ilə görüşə icazə verilməməsini pisləyir, gənclərin hələ də polis bölməsində saxlanılmasının qanunsuz olduğunu və onların həyat və sağlamlığı üçün məsuliyyətin Azərbaycan hökümətinə aid olduğunu xatırladırıq".

Daha sonra bildirilir ki, təşkilat bütün yerli və beynəlxalq təşkilatları Azərbaycanda polis bölməsində davam edən bu işgəncə və pis rəftara son qoyulması üçün Azərbaycan hökümətinə həbs olunan gənclər ilə vəkillərinin görüşünü təmin etmək və işgəncələrlə bağlı müstəqil araşdırmalar başlatmaq üçün çağırış etməyə səsləyir: "Narahatlıqla qeyd edirik ki, bu il avropa musiqi yarışmasına ev sahibliyi etməyə hazırlaşan Azərbaycanın musiqiçiyə qarşı işgəncə və pis rəftarı Azərbaycanda insan hüquqlarına və ləyaqətinə olan hörmətin real göstəricisidir".

musavat.com