Gənclər düşmənçilik siyasətini pisləyirlər

gencler-dusmencilik-siyasetini-pisleyirler
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir: “İran hər zaman ölkəmizə və soydaşlarımıza olan düşməncilik siyasətilə və Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımıza qarşı məkirli siyasətiylə seçilir. BAGT olaraq İranın düşmənçilik siyasətin pisləyirik. Hizbullahın İran qolunun Azərbaycan Respublikasın və ölkəmizin İran adlanan ölkədəki diplomatik korpusunu təhqir etməsini və 4 noyabr 2011-ci ildə Təbrizdəki baş konsulluğumuzun binası qarşısında keçiriləcək aksiyanı pisləyirik. Əgər İran adlanan ölkədəki diplomatik korpusa və nümayəndələrimizin təhlükəsizliyi üçün hər hansı sorun yaşanarsa, İran rejimi buna cavab verməlidir”.


Qeyd edək ki, Hizbullahın İran qolu olan “ Ənsari-Hizbullah” təşkilatının Tərbiz nümayəndəliyinin baş katibi Höcətülislam Ruhulla Becani bildirib ki, noyabr 4-də Azərbaycanın Təbrizdəki baş konsulluğunun binası qarşısında etiraz aksiyası keçiriləcək. Ruhulla Becani çıxışında konsulluğun nümayəndələrini çıxarılmaqla hədələyib.

Fatimə Kərimli