Gənclər etiraza başladılar

gencler-etiraza-basladilar
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, Dalğa Gənclər Hərəkatının sədri Orxan Nəbiyev bildirib ki, təhsil haqları orta aylıq əmək haqqının reallıqlarını əks etdirmir: “Azərbaycanda təhsil haqlarının artırılması heç bir ictimai müzakirəyə çıxarılmadan hazırlanıb. Çünki araşdırmamıza əsasən təhsil haqlarının artırılmasında nə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin nə də TQDK-nın xəbəri var idi. Bu qərar bir başa Nazirlər Kabinetindən gəlib. Biz də bir vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi, Nazirlər Kabinetindən tələb edirik ki, bu barədə ictimaiyyətə hesabat versinlər ki, bu sərəncam nəyə əsaslanırdı”.

Dalğa Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı isə çıxışında bildirib ki, qiymətlərin qaldırılmasının heç bir məntiqə sığmır: “Ən ağlasığmaz qiymət artımı Azərbaycan Tibb Universitetindədir. Keçən il Müalicə işi və pediatriya fakültəsi 1000 AZN idisə bu il bu fakültələr 2500-ə qaldırılıb. Bundan əlavə, Tibb Universitetindəki təhsil durumunun da zəif olduğu aşkar olub. Beləki TQDK-nın Tibb Universitetini bitirənlərə tətbiq etdiyi rezidentura imtahanı xəbərindən təşvişə düşən tələbələr özlərinə kurslar axtarışına çıxıblar. Bu da Azərbaycan Tibb Universitetinin təhsil səviyyəsinin aşağı olduğunu göstərir.” Artımın digər universitetlərdə də olduğunu vurğulayan R. Hacılı vurğulayıb ki, belə halda tələbə Şərqi Avropanın Ukrayna, Polşa, Çexiya, Slovakiya, Rumıniya kimi ölkələrində daha keyfiyyətli təhsil almaq imkanına malikdir.

Fatimə Kərimli