Gənclər Evində təqdimat

gencler-evinde-teqdimat
Oxunma sayı: 836


“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evinin direktoru Elşad Abdullayev layihənin fərqləndirici xüsusiyyətləri haqqında məlumat verib. 

Onun sözlərinə görə, belə sinifdə dərs vəsaiti kimi Microsoft proqramlarından istifadə olunur, şagirdlərin interaktiv tədris prosesinə marağı artır, dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həllləri təqdim olunur. Bu proqram həm də müəllimə sinfi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha dəqiq və rahat idarə etmə imkanını verir. Qeyd olunub  ki, Smart Class-dan  həm də Gənclər Evinin digər  “Distant Təlim: Paytaxtdan Regionlara” layihəsi zamanı da istifadə olunacaq. Bununla da həm paytaxtda, həm də regionlarda olan gənlərə tədris olunan dərslər daha rahat və aydın şəkildə çatdırılacaq, onlara özlərini inkişaf etdirməyə şərait yaradacaq.