Gənclər Fondu 1 yaşını qeyd edib

gencler-fondu-1-yasini-qeyd-edib
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, konfransı Fondun icraçı direktoru Fərhad Hacıyev açaraq ilk fəaliyyət ilinin yekunları barədə məlumat verib. Bildirib ki, ötən bir il ərzində Gənclər Fondu ilk qrant müsabiqəsi elan edərək Azərbaycanda ilk dəfə layihələri internet vasitəsilə qəbul edib. Bu layihələrdən 129-u maliyyələşib. Həmin layihələr ölkənin 46 bölgəsini əhatə edib.

Sonra gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxıxç ediblər. Gənclər Fondunu fəaliyyətini müsbət qiymətləndiriblər.

Tədbirdə nazirliklərdən, müxtəlif dövlət qurumlarından rəsmilər, millət vəkilləri, gənclər təşkilatlarından nümayəndələr və media işçiləri iştirak ediblər.

Sonda Gənclər Fondu tərəfindən ikinci qrant müsabiqəsinin elan olunması barədə məlumat verilib.

Nigar Məmmədli