Gənclər hərbi xidmətə yola salındı

Gənclər hərbi xidmətə yola salındı
Oxunma sayı: 599

Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında hərbi xidmətə yolasalınan gənclərlə görüş keçirilib. 

“Qafqazinfo” görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hərbi xidmətə yeni çağırılmış gənclərə yollarının açıq, sağ-salamat gedib, sağ-salamat evlərinə, ailələrinə dönmələrini arzulayıb, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov və aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev dövlətin  hərbi xidmətə çağırılmış gənclərə diqqət və qayğısından söhbət açıblar. 

Görüşdə iştirak edən hərbi xidmətə çağırılmış gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildiriblər.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi