Gənclər icazəli aksiyaya tərəfdardırlar

gencler-icazeli-aksiyaya-terefdardirlar
Oxunma sayı: 643

Bu barədə meriyanın siyasi partiyalar və ictimai təşkilatlarla iş üzrə şöbə müdiri Zaur Ramazanov Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) üzvü Samir Əsədliyə məlumat verib.
S.Əsədli qəzetimizə açıqlamasında bildirdi ki, martın 4-nə təyin olunan aksiya ilə bağlı Z.Ramazanovdan görüş istədiklərini deyib: “Bizə dedi ki, martın 1-də mitinq barədə müraciətimizə rəsmi cavab veriləcək. Mən onun diqqətinə çatdırdım ki, görüşək və müzakirə edək. Görüşlə bağlı cavab gözləyirik. Əgər müsbət nəticə olmasa, komitənin idarə heyətində bu məsələ müzakirə olunacaq”.

S.Əsədli icazəli aksiyanın tərəfdarı olduqlarını qeyd etdi: “Biz icazəli və təhlükəsizliyimizin təmin olunacağı aksiyanın keçirmək arzusundayıq. Harda yer verilməsindən asılı olmayaraq göstərilən ünvana gedəcəyik. Amma yer verilməsə bunun günahı bizdə deyil. Aksiya keçirməkdə israrlıyıq”.

Qeyd edək ki, Müsavat, AXCP, VHP, ADP gənclər təşkilatlarının, “Nida”, “Çağdaş Gənclik”, “Dalğa”, “Azad Gənclik” və “Müsbət Dəyişiklik” gənclər birliklərinin, “İnsan Hüquqları Klubu”nun təmsil olunduğu Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) martın 4-nə mitinq planlaşdırıb.

Gənclər mitinq haqda fevralın 13-də Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Aksiyada “Vicdan məhbuslarına azadlıq”, “Qarabağ” və “Rüşvətə yox” şüarları səsləndiriləcək.

musavat.com