Gənclər Parlamentinə 1187 nəfər müraciət edib

gencler-parlamentine-1187-nefer-muraciet-edib
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir.
Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fəal Avropa vətəndaşlığını təşviq etmək, tələbələri Avropa siyasəti ilə məşğul olmaq üçün həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.

Gənc parlamentarilər üçün seçim turunun ikinci mərhələsi haqda məlumat yaxın günlərdə təqdim olunacaq.