“Gənclər Paytaxtı 2013” hansı şəhər olacaq?

gencler-paytaxti-2013-hansi-seher-olacaq
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, 1 yanvar 2013-cü il tarixindən etibarən gənclər www.genclerpaytaxti.az saytına daxil olaraq səsvermə yolu ilə “Gənclər Paytaxtı 2013”-ü seçə biləcəklər.

Səsvermə 31 yanvar 2013-cü il tarixinə kimi davam edəcək. Gənclər paytaxtınnın adı rəsmi olaraq 2 fevral Azərbaycan gəncləri günü Gənclər və İdman Nazirliyi tərəfindən elan ediləcək.

Xatırladaq ki, 2012-ci ildə 1 mln 700 mindən artıq istifadəçinin iştirakı ilə Gəncə şəhəri səsvermə nəticəsində “Gənclər Paytaxtı” elan olunmuşdu.

Qeyd edək ki, bir kompyuterdən yalnız bir nəfər (bir şəhər və ya rayona) səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. 2013-cü ilin Azərbaycanın Gənclər Paytaxtının səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib. Səsvermə siyahısında onlar əlifba sırasına görə ardıcıllıqla düzlənib.