Gənclər prezidentə müraciət etdi

gencler-prezidente-muraciet-etdi
Oxunma sayı: 672

Hərəkat hesab edir ki, bu il Nobel sülh mükafatının Avropa Birliyinə təqdim olunması və müharibə şəraitində yaşayan ölkəmizin də sülh tərəfdarı olduğunu, Avropa təhslinin, mədəniyyətinin və digər sahələrdə olan dəyərlərinin, tarixi təcrübəsinin ölkəmizdə tətbiqinin vacibliyini, Azərbaycanın geostrateji baxımdan daha təhlükəsiz və inkişaf etmiş ölkə olması üçün Avropa ölkələri ilə qarşılıqlı əməkdaşlığın vacibliyini və ümumilikdə Avropaya inteqrasiyanın sürətləndirilməsinin əhəmiyyətliliyi nəzərə alınaraq, 2013-cü ildə Azərbaycanda bütün sahələrdə proritet sahə kimi Avropaya inteqrasiya və Avropa dəyərlərinin Azərbaycanda təbliği əsas götürülməlidir.
Hərəkatın ölkə başçısına etdiyi müraciəti təqdim edirik:

M Ü R A C İ Ə T
Cənab Prezident,
XIX-cu əsrin sonlarından başlayan və 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, Azərbaycan insanın intibahı ilə nəticələn Azərbaycan maarifçilik hərəkatının xalqımıza bəxş etdiyi ən böyük nemətlərdən və önəmli tarixi təcrübələrindən biri də odur ki, həmin dövr maarifçiləri ölkəmizdə Avropa mədəniyyətinin, təhsilinin və digər dəyərlərinin öyrənilməsi və təbliği istiqamətində əvəzsiz xidmət göstəriblər. Məhz həmin dövrlərdən başlayaraq Azərbaycanın intelektual insanları, mütəfəkkirləri dəfərlərlə bəyan ediblər ki, Azərbaycanın inkişafnın əsas mexanizmlərindən biri də ölkəmizin sürətlə Avropa məkanın inteqrasiyadan keçir.

Haızrda Azərbaycan Respublikasının Avropa Şurasında və digər Avropa İnistutlarında təmsil olunmasının ölkəmizdəki inkişafa təsiri inkarolunmazdır. Biz hesab edirik ki, bu gün də Azərbaycanın siyasi strategiyasında əsas məsələlərdən biri Avropa ailəsinin tam üzvü olmasıdır. Çünki, Ölkəmizin Ermənistanla müharibə şəraitində olduğunu nəzərə alaraq daha təhlükəsiz və sülh təminatının vacib amillərindən biri də Avropa inistutlarında daha fəal iştirak və söz sahibi olmaqdan keçir. Digər tərəfdən müxtəlif sahələrdə - təhsil, elm, mədəniyyət, səhiyyə və digər sahələrdə keçid dövrünün müşahidə olunduğu bir zamanda Avropa təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkəmizdə olan müvafiq sahələrə tətbiq edilməsi inkişafı daha da sürətləndirəcəkdir.

Cənab Prezident,
Məlum olduğu kimi ölkəmizdə hər ilin sonunda növbəti il üçün proritet sahə müəyyənləşdirilir və sizin sərəncamınızla qarşıdan gələn il seçilən proritetə aid elan olunur. Bu vaxta qədər ölkəmizdə “uşaq ili”, “gənclər ili”, “ekologiya ili”, kimi bir çox illər qeyd edilib.

Bu il Nobel sülh mükafatının Avropa Birliyinə təqdim olunması və müharibə şəraitində yaşayan ölkəmizin də sülh tərəfdarı olmasını, yuxarıda qeyd etdiyimiz və digər sahələrdə olan Avropa dəyərlərinin, tarixi təcrübəsinin ölkəmizdə tətbiqinin vacibliyini, Azərbaycanın geostrateji baxımdan daha təhlükəsiz və inkişaf etmiş ölkə olması üçün Avropa ölkələri ilə qarşılıqlı əməkdaşlığın vacibliyini və ümumilikdə Avropaya inteqrasiyanın sürətləndirilməsinin əhəmiyyətliliyini nəzərə alaraq, Sizdən 2013-cü ili “Avropa ili” elan etmənizi və bu sahədə görülən işlərin daha genişmiqyaslı vüsət almasına dəstək olmaq üçün sərəncam imzalanamanızı xahiş edirik.