Gənclər şəhərciyinin yaxınlığında qəza - 3 yaralı var

gencler-seherciyinin-yaxinliginda-qeza
Oxunma sayı: 862

Mehtiabad yolu, Gənclər şəhərciyinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. 34 yaşlı Elvin Əliyev sol diz oynağının travması, 62 yaşlı Təhmasib Allahverdiyev alt dodağın kəsilmiş yarası diaqnozu, 27 yaşlı İdris Kərimov  qapalı kəllə beyin travması və gözün travması diaqnozu ilə Klinik Tibbi Mərkəzə aparılıb. 

Hadisə ilə bağlı araşdırma başladılıb.

Günel Hacı