Gənclər toplantı keçirəcək

gencler-toplanti-kecirecek
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, toplantıda hərəkatın Qurultaya Hazırlıq Komitəsi təşkil olunacaq və Qurultayın dəqiq vaxtı müəyyənləşdiriləcək. Qeyd edək ki, Dalğa Gənclər Hərəkatının "re-branding" prosesi tam yekunlaşmaq üzrədir. Artıq təşkilatın yeni nizamnamə modeli və əsasnamə modeli tam hazır formadadır.

İnternet sorğusunun nəticəsinə əsasən Dalğa Gənclər Hərəkatının simvolik heyvanı olaraq üstünlük delfinə verildi. Digər "re-branding"də nəticəsində dəyişilməsi və yenilənməsi nəzərdə tutulan sənədlər də artıq yekunlaşmaq üzrədir. Buna əsasən hərəkatın qurultayının çağırılacağı nəzərdə tutulur.

Fatimə Kərimli