Gənclər üçün 15 milyon manat

gencler-ucun-15-milyon-manat
Oxunma sayı: 642

Bunu çərşənbə günü Trend BİA-nın konfrans zalında keçirilən mətbuat konfransında Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Onun sözlərinə görə, həmin vəsait Azərbaycan gənclərinin yaşayış, təhsil, sığorta və illik gediş-gəliş xərclərinə sərf olunur. Nazir müavini bəzi tələbələrin xaricdə təhsil almasına il ərzində 50-60 min avro xərcləndiyini də deyib.

O əlavə edib ki, hazırda Azərbaycandan kənarda 10 minə yaxın təhsil alan var. Onlardan çoxu bakalavr səviyyəsi üzrə təhsil alır.

Xaricdə təhsil alanların əksəriyyəti öz vəsaiti hesabına təhsil alır.