Gənclər üçün qrant müsabiqəsi elan olundu

gencler-ucun-qrant-musabiqesi-elan-olundu
Oxunma sayı: 641

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qurumun kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarını və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında dövlət gənclər siyasətinin aşağıdakı istiqamətləri üzrə layihələrin qəbulunu elan edir.

- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;
- gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak;
- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;
- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
- gənclər arasında sağlam həyat tərzinin təbliği;
- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi;
- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;
- “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər.

Layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən (www.mys.gov.az) və ya aşağıdakı ünvana müraciət etməklə əldə edə bilərsiniz. Layihələr 2012-ci ilin yanvar ayının 16-dan fevral ayının 16-dək Nazirliyin Ekspert – Məsləhət Şurasına çap və CD diskdə elektron formada təqdim olunmalıdır.